“Lukaşenkonun yanaşması reallığa əsaslanır” – Belarus XİN-dən ermənilərə CAVAB 

“Lukaşenkonun yanaşması reallığa əsaslanır” – Belarus XİN-dən ermənilərə CAVAB 

Hazırda oxunan: “Lukaşenkonun yanaşması reallığa əsaslanır” – Belarus XİN-dən ermənilərə CAVAB 

102517

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması reallığa əsaslanır”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib. 

O, fikirlərini Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun münasibətlərin normallaşması prosesi ilə bağlı mövqeyi barədə sözlərini şərh edərkən bildirib. 

“Belarus Prezidentinin səsləndirdiyi yanaşmalar reallıqdan kənar deyil, əksinə, anlaşılan və müttəfiqliyə uyğun şəkildədir. Belarus tərəfi ardıcıl olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub, bu məqsədlə bütün mövcud formatlarda – həm çoxtərəfli, həm də ikitərəfli formatda mühüm səylər göstərib”, - deyə o əlavə edib. 
Anatoli Qlaz bildirib ki, Azərbaycan və Ermənistanın rəhbərləri Cənubi Qafqazın bütün xalqları üçün səmimi sülh və firavanlıq istəyinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına şəxsi töhfəsinə görə Belarus dövlətinin başçısına minnətdardırlar: 

“Ona görə də dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlətinin başçısının bu çətin, lakin tamamilə həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən nəzərdən keçirməyi tövsiyə edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO