Pakistanda Beynəlxalq İƏT Model sammiti keçirildi - FOTO 

Pakistanda Beynəlxalq İƏT Model sammiti keçirildi - FOTO 

Hazırda oxunan: Pakistanda Beynəlxalq İƏT Model sammiti keçirildi - FOTO 

102267

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) və Pakistan Beynəlxalq İƏT Modelinin birgə təşkilatçılığı ilə 29-31 oktyabr tarixlərində Pakistanın Karaçi şəhərində, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının binasında Beynəlxalq İƏT Modelinin növbəti konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində İƏGF-ARM-nin İdarə Heyətinin üzvü Fsahat Ul Həssən, Forumun bu layihə üzrə koordinatoru Yunus Çolak və İndoneziya üzrə İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita çıxış edərək tədbir iştirakçılarına uğurlar arzu ediblər.

A.N.Rizqita öz çıxışında İƏGF-ARM-nin son illər Avrasiya məkanında bu layihəni uğurla həyata keçirilməsində aparıcı rol oynadığını vurğulayıb.

Üç gün ərzində davam edən simulyasiya oyunları tədbirində Pakistan, Türkiyə, İran, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlilikləri, Malayziya, Özbəkistan, Tunis və digər İƏT ölkələrini təmsil edən 40 pakistanlı gənc lider “Post-COVİD dövründə qlobal iqtisadi bərpa” mövzusu altında müzakirələr qatılıblar.
Tədbir həmçinin kritik şəraitdə qərar qəbuletmə, diplomatik bacarıqların artırılması üzrə imkanlar yaradıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasını təmsil edən nümayəndə pandemiya dövründə baş vermiş Vətən müharibəsinin nəticələri haqda qısaca məlumat verərək, erməni işğalı dövründə dağıntılara məruz qalmış Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsinin və bərpa layihələrində İƏT institutlarının və üzv ölkələrinin iştirakının vacibliyini nəzərə çatdırıb.

Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycanın İƏT-dəki rolu, İƏT üzv-ölkələri ilə qarşılıqlı əməkdaşlıq və əldə edilən nailiyyətlərdən bəhs edib.

İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun təşəbbüsü ilə artıq 2011-ci ildən indiyə qədər həm milli, həm də beynəlxalq səviyyədə keçirilən İƏT Modeli çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, bu proqramın İƏT məkanında gənclərin liderlik qabiliyyətinin güclənməsində oynadığı rolu xüsusi vurğulayıb, həmçinin, müsəlman gənclər arasında birliyə, diplomatik bacarıqların artmasına yönələn bu kimi tədbirləri gələcəkdə də dəstəklənməsinin vacibliyini qeyd edib.

Bağlanış mərasimində o cümlədən, Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının sədr köməkçisi Qaisar Nəvab, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının tədbirlər üzrə koordinatoru Abdul Badih Əl-Dada, Pakistanın Sindh bölgəsinin İdman və Gənclər İşləri Direktorluğunun nümayəndəsi Syed Mohammad Habibullah və İƏGF-nin vitse-prezidenti Tantan Taufik Lubis çıxış edərək tədbirin uğurla bitdiyinə öz ümidlərini ifadə ediblər, o cümlədən, bu proqramın bütün İƏT məkanını əhatə etməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirin yekun sənədi olaraq qəbul olunan qətnamədə İƏT üzv ölkələrinə, beynəlxalq inkişaf agentliklərinə və beynəlxalq maliyyə institutlarına azad olunmuş Qarabağa investisiya yatırmağa çağırış edilib, o cümlədən, erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpası işində Azərbaycan hökumətinə dəstək ifadə olunub.
İƏT Modeli – Beynəlxalq Münasibətlər akademiyası proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Bu il ərzində proqram milli səviyyədə Tatarıstan Respublikası (RF), eləcə də Mərkəzi Asiyanın bir sıra ölkələrində uğurla həyata keçirilib.

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO