İsraildə parlament seçkiləri keçirilir

İsraildə parlament seçkiləri keçirilir

Hazırda oxunan: İsraildə parlament seçkiləri keçirilir

102182

İsraildə bu gün 120 yerlik Knesset (parlament) üçün seçkilərə start verilib.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, 12 393 seçki məntəqəsində 6,7 milyondan çox seçici səs verə biləcək.

Mənbə yazır ki, əksər məntəqələrdə səsvermə saat 07:00-da başlayıb və 22:00-da başa çatacaq. "Exit-poll"un nəticələrinin seçki məntəqələri bağlandıqdan dərhal sonra açıqlanacağı gözlənilir.
Səsvermənin rəsmi nəticələri səkkiz gündən gec olmayaraq elan ediləcək. Seçki günündə təhlükəsizliyi 18 min polis əməkdaşı qoruyur.

Seçkilərdə iştirak etmək üçün dördə yaxın partiya qeydiyyatdan keçib.

Baş nazirliyə namizəd, bir qayda olaraq, ən çox deputat mandatına malik olan partiyanın lideri olur, lakin prezident kabinetin formalaşdırılmasını partiyası ən çox səs toplaya bilməyən siyasətçiyə də həvalə edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO