Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır 

Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır 

Hazırda oxunan: Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır 

102133

Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb. 

"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə bəyanatda qeyd edilib. 

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev ondan hərbi məqsədlər üçün istifadəni dayandırmayana qədər taxıl dəhlizindəki hər hansı obyektin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil. 
Nazirlik Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığını, razılaşmaları dayandırdığını vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO