Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şoyqu və Akar Rusiya Federasiyası tərəfindən taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsindən sonra Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakını dayandırdığını açıqlayıb. Saziş Türkiyənin vasitəçiliyi ilə imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:01 / 31.10.2022
Hulusi Akar Şoyqu ilə Rusiyanın Taxıl sazişindən çəkilməsini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Hulusi Akar Şoyqu ilə Rusiyanın Taxıl sazişindən çəkilməsini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Hulusi Akar Şoyqu ilə Rusiyanın Taxıl sazişindən çəkilməsini MÜZAKİRƏ ETDİ
102120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.