"Ukrayna lideri nəsə istəmək yerinə, əvvəlcə minnətdarlıq bildirsin" - Bayden Zelenskiyə niyə qışqırıb?  

Hazırda oxunan: "Ukrayna lideri nəsə istəmək yerinə, əvvəlcə minnətdarlıq bildirsin" - Bayden Zelenskiyə niyə qışqırıb?  

102116

"Ukrayna lideri nəsə istəmək yerinə, əvvəlcə daha çox minnətdarlıq edə bilər”.  

Bizim.Media xəbər verir ki bunu ABŞ prezidenti Co Bayden deyib. Ağ Ev rəhbərinin bu açıqlaması barədə məşhur "NBC" telekanalının mənbələri bildirib.  

Mənbələr qeyd edib ki, Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə iyun ayında söhbəti zamanı  Kiyevə daha çox yardım istəməsi ilə diqqət çəkib.  

Mənbələr iddia edib ki, Bayden həmin söhbət zamanı ABŞ administrasiyasının Ukraynaya 1 milyard dollarlıq hərbi yardım edəcəyini söyləyən kimi, Zelenski dərhal Kiyevin hələ də hansı köməyə ehtiyacı olduğunu danışmağa başlayıb. 

"Bundan sonra Bayden təəccüblənərək deyib ki, Amerika xalqı “çox səxavətlidir” və ABŞ Kiyevə kömək etmək üçün hər cür səy göstərir. Daha sonra ABŞ prezidenti səsini ucaldıb və Ukrayna prezidentinə nəsə istəməzdən əvvəl, daha çox minnətdarlıq edə biləcəyini deyib", - deyə mənbələr sensasion açıqlama veriblər. 

Bildirilib ki, Baydenin Zelenskinin davranışından məyusluğu 15 iyun telefon danışığından  həm əvvəl həm də sonra özünü biruzə verib:

"Bayden və onun bəzi köməkçiləri o zaman deyiblər ki, ABŞ hakimiyyəti əllərindən gələn hər şeyi və bacardıqları qədər tez edir, lakin Zelenski yalnız “etməyənlərə” diqqət yetirib". 
Məlumata görə, Ukrayna prezidentinin komandası söhbətdən sonra "ABŞ prezidenti ilə münaqişənin səmərəsiz olduğu" qənaətinə gəldiklərini və gərginliyi azaltmağın lazım olduğunu bildiriblər. Zelenski yardım üçün ABŞ-a açıq şəkildə təşəkkür edib, nəticədə hər iki ölkənin liderləri arasında münasibətlər "istiləşib".  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO