Putindən Paşinyana: “Azərbaycanla münaqişə bitməlidir” - VİDEO

Putindən Paşinyana: “Azərbaycanla münaqişə bitməlidir” - VİDEO

Hazırda oxunan: Putindən Paşinyana: “Azərbaycanla münaqişə bitməlidir” - VİDEO

102069

Soçidə Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Putin görüşdə deyib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə onilliklərdir ki, davam edir:

“Nə vaxtsa bitirməliyik. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Və bunun üçün əsas məqamları üçtərəfli görüşdə tapmaq lazımdır. Əsas odur ki, sülh və inkişafı təmin edək. O cümlədən kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün də sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Çox ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO