SEPAH körfəzdə xarici neft tankerini qaçırdı

SEPAH körfəzdə xarici neft tankerini qaçırdı

Hazırda oxunan: SEPAH körfəzdə xarici neft tankerini qaçırdı

102046

11 milyon litr yanacaq daşıyan xarici tanker SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən Fars körfəzi sularında qaçırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı oktyabrın 31-də İRNA xəbər agentliyi yayıb.

Mənbə yazır ki, gəminin qaçırılması “bir aylıq ətraflı texniki və kəşfiyyat işlərinin” nəticəsidir və gəminin yükünün dəyəri 220 milyard tümən qiymətləndirilir.

“Müctəba Qəhrəmani” neft tankerinin kapitanı və ekipajının həbs edildiyi və tankerə yanacaq verən gəmilər barəsində də araşdırma aparıldığı bildirilib. 

Hələlik gəminin hansı ölkəyə məxsus olması və təyinatı haqqında daha dəqiq məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO