Maksim Şevçenko: “Bu dəfəki Soçi görüşü tarixi hadisə ilə yadda qalacaq” – EKSKLÜZİV

Maksim Şevçenko: “Bu dəfəki Soçi görüşü tarixi hadisə ilə yadda qalacaq” – EKSKLÜZİV

Hazırda oxunan: Maksim Şevçenko: “Bu dəfəki Soçi görüşü tarixi hadisə ilə yadda qalacaq” – EKSKLÜZİV

101998

“Ümid edirəm ki, sülh sazişi gözlənilir və ümid edirəm ki, Azərbaycan və Ermənistan xalqları son nəticədə normal qarşılıqlı fəaliyyət və normal gələcək imkanı tapacaqlar”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı tanınmış rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko bu gün Soçidə keçiriləcək görüş öncəsi Ermənistan-Azərbaycan münasibətlərinin hansı məcrada nəticələr əldə ediləcəyini şərh edərkən bildirib.

30 ildən çoxdur erməni diasporunun təsiri ilə regionda münaqişənin olduğuna diqqət çəkən Şevçenko, diaspora fəallarının da layiqli cavab alacaqlarına ümüd edir:

“Ümid edirəm ki, erməni diasporunun bütün intriqaları qlobal xarakter daşıyır və onların arxasında duranlar məhv ediləcək. Suveren Ermənistan dövləti və Azərbaycan dövləti razılaşacaq. İnsanların dinc qarşılıqlı fəaliyyətinin sərhədləri və prinsipləri haqqında sülh müqaviləsi Ermənistan üçün böyük perspektivlər açacaq.

Deyə bilərəm ki, xüsusən Azərbaycan, Türkiyə və s. ölkələr ilə iqtisadi əlaqələr güclənəcək.

Mən hesab edirəm ki, bu dəfəki Soçi görüşü tarixi hadisə ilə yadda qalacaq”, - deyə Şevçenko qeyd edib.

Ermənistan Baş naziri Paşinyanın görüşdən bir neçə gün öncə “Azərbaycana dəhliz verməyəcəyik”, fikirlərinə münasibət bildirən Şevçenko, dəhlizin yalnız Azərbaycan və Ermənistanın maraq dairəsində olmadığını deyir: 

“Bu, necə deyərlər, asan sual deyil. Əgər 20-ci ildə Azərbaycan Zəngəzur koridorunu dərhal ala bilmədisə, hələ o vaxt mən söylədim ki, bunu almaq hər gün daha da çətin olacaq. İndi bu, təkcə iki tərəfin deyil, İran, Rusiya, Türkiyə və digər ölkələrin də maraq dairəsidir. Zəgəzur dəhlizi xüsusi bir mövzudur”, - deyə Şevçenko əlavə edib.

Qeyd edək ki, bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulur.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO