Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək

Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək

Hazırda oxunan: Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək

101966

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Bizim.Media xəbər verir ki, görüş Soçidə baş tutacaq. 

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrıca görüşü də gözlənilir.

Görüşdə həmçinin Qarabağ üzrə sazişin həyata keçirilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası müzakirə predmeti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO