"Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün əlindən gələni edir" - Putin - VİDEO

Hazırda oxunan: "Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün əlindən gələni edir" - Putin - VİDEO

101643

"Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib. 

"Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir" - deyə ölkə lideri qeyd edib.

Onun sözlərinə görə, sülhə aparan yeganə yol üç ölkə liderinin birgə bəyanatlarına tərəflərin ciddi əməl etməsidir:

"Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli ilə normallaşdırıla bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO