"Çin hərbi əməliyyatların dayandırılmasına töhfə vermək iqtidarındadır" - Zelenski    

Hazırda oxunan: "Çin hərbi əməliyyatların dayandırılmasına töhfə vermək iqtidarındadır" - Zelenski    

101591

Ukrayna prezidenti Vladimir Zelenski Çin Xalq Respublikasının (ÇXR) həm hərbi, həm də siyasi cəhətdən Rusiyaya dəstək verməyəcəyinə ümid etdiyini bildirib.  

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.  

“Ümid edirəm ki, Çin Rusiyanı dəstəkləməyəcək. İndi dəstəkləmirlər. Onların birgə işlədiyi bank, maliyyə və bir çox başqa sahələrdə əməkdaşlıqları var. Amma ümumi deyil. Bu da çox yaxşıdır”, - deyə Ukrayna lideri bildirib. 

Zelenskinin sözlərinə görə, Çin hakimiyyəti hərbi əməliyyatların dayandırılmasına töhfə vermək iqtidarındadır: 

“Əgər Çin uçurumun astanasında tarazlıq qurmasa, dünyaya və Rusiyaya bu müharibənin dayandırılmasının lazım olduğu mesajını verməsə, onda proseslər daha da pisə doğru gedəcək. Amma Pekin hökuməti bu təhlükəni Moskvaya anlata bilsə onda  bunun öz müsbət təsiri olacaq”, - deyə Zelenski bildirib.  
Qeyd edək ki, bundan əvvəl Çinin BMT-dəki nümayəndəsinin müavini Qenq Şuanq təşkilatın iclasında Rusiyanın Ukrayna ərazisində hərbi bioloji fəaliyyətini pisləyən açıqlama ilə çıxış etmişdi. 

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO