Polşa senatında Rusiyanın "terrorçu rejim" kimi tanınması ilə bağlı sənəd qəbul edilib.
Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, sənəddə, həmçinin Rusiyanın Ukraynaya işğalçılıq siyasəti apardığı, dinc əhaliyə qarşı təcavüz həyata keçirdiyi qeyd edilib.
Sənədi qəbul edən Polşa senatı beynəlxalq təşkilat və ictimaiyyəti təcili olaraq Rusiyanın bu əməllərini qınamağa və Moskvaya qarşı təzyiqləri artırmağa səsləyib.
Senat üzvləri bütün dünyanın Rusiyanı işğalçı, terrorçu və terroru dəstəkləyən ölkə kimi tanınmasının vacibliyini vurğulayıblar.
Senatın siyasətçiləri bununla yanaşı Ukraynadan gələn qaçqınlara yardımlarını əsirgəməyən sadə polşalılara da təşəkkür ediblər.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:57 / 27.10.2022
Bu ölkə senatı Rusiyanı "terrorçu rejim" adlandırdı
Hazırda oxunan: Bu ölkə senatı Rusiyanı "terrorçu rejim" adlandırdı
Hazırda oxunan: Bu ölkə senatı Rusiyanı "terrorçu rejim" adlandırdı
101495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.