Çin lideri ABŞ-a səsləndi: “Bir-birimizlə anlaşmalıyıq”

Çin lideri ABŞ-a səsləndi: “Bir-birimizlə anlaşmalıyıq”

Hazırda oxunan: Çin lideri ABŞ-a səsləndi: “Bir-birimizlə anlaşmalıyıq”

101462

Çin prezidenti Si Cinpin ABŞ-ı əməkdaşlığı genişləndirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çin dövlət televiziyası yayıb.

Çin liderinin müraciətində deyilir ki, dünyada sülhü təmin etmək üçün iki ölkə bir-biri ilə barışmaq üçün yollar tapmalıdır:

“Bu gün dünyada nə sülh, nə də sabitlik var. ABŞ və Çin beynəlxalq sabitliyi təşviq etmək üçün birlikdə çalışmalıdırlar”.
Si Çzinpinin sözlərinə görə, dünya gücləri kimi Çin və ABŞ arasında kommunikasiya və əməkdaşlığın gücləndirilməsi qlobal sabitliyi artıracaq, bütün dünyada sülhü möhkəmləndirəcək.

Çin lideri qeyd edib ki, onun ölkəsi ABŞ-la qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq şəraitində əməkdaşlığa hazırdır:

“Bu, təkcə ABŞ və Çinin deyil, bütün dünyanın xeyrinə olacaq”.

Eyni zamanda, ABŞ prezidenti Co Bayden hərbi müşavirlərlə görüşü zamanı bildirib ki, Vaşinqton Pekinlə münaqişəyə can atmır və Si bunu yaxşı bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO