ABŞ Ukraynaya dəstəyini dayandırır? - Ağ Evdə FİKİR AYRILIĞI     

ABŞ Ukraynaya dəstəyini dayandırır? - Ağ Evdə FİKİR AYRILIĞI     

Hazırda oxunan: ABŞ Ukraynaya dəstəyini dayandırır? - Ağ Evdə FİKİR AYRILIĞI     

101440

Ukraynaya dəstəyin davam etdirilməsi məsələsi ABŞ-ın siyasi dairələrində fikir ahrılığı yaradıb. Dəstəyin davam etdirilib-etdirilməyəcəyi ABŞ prezidenti Co Baydendən asılıdır və Ağ Ev adminstrasiyasının rəhbəri məsələ ilə bağlı yaranmış fikir ayrılıqlarını yaxın zamanlarda həll etməlidir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin əsas jurnalistlərindən hesab olunan Piter Bayker "New York Times" qəzetində yazıb. 

Müəllif qeyd edib ki, noyabrda ABŞ-da konqresə seçkilər keçiriləcək, sözügedən məsələ məhz nəticələrdən sonra məlum olacaq. Yəni seçkilərin nəticəsindən sonra ABŞ-ın rəsmi Kiyevə dəstəyini davam etdirib-etdirməyəcəyi müəyyənləşəcək.
Bununla yanaşı seçkilər, həm də ABŞ-ın bundan sonra Avropanın enerji böhranında onlara yardım edəcəkmi sualına da aydınlıq gətirmiş olacaq. Ağ Ev kluarlarında fikir ayrılığı 30 konqresmenin C.Baydenə Ukrayna məsələsinin Rusiya ilə danışıqlar əsasında həll edilməli olduğu barədə göndərdikləri məktubdan sonra yaranıb.

Məktubda konqresmenlərin Ukraynaya maliyyə və digər dəstəyin verilməsini istəmədikləri üzə çıxıb.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO