Xəbər verdiyimiz kimi, İranda “əxlaq polisi” tərəfindən vəhşicəsinə döyülən və xəsətxanada dünyasını dəyişən Məhsa Əmininin bu gün 40 mərasimi keçirilir. Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərindəki Ayçi qəbristanlığında bununla bağlı izdiham yaşanır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” teleqram kanalı yayıb.
Mənbə yazır ki, mərasimə toplaşan etirazçılar “Diktatoru devirəcəyik, Məhsanın qisasını alacağıq!” şüarlarını səsləndiriblər.
Bizim.Media