“Qazaxıstan-Azərbaycan arasında ticarət dövriyyəsi 369 milyon dollar olub” – Pərviz Şahbazov 

“Qazaxıstan-Azərbaycan arasında ticarət dövriyyəsi 369 milyon dollar olub” – Pərviz Şahbazov 

Hazırda oxunan: “Qazaxıstan-Azərbaycan arasında ticarət dövriyyəsi 369 milyon dollar olub” – Pərviz Şahbazov 

101142

“2022-ci il yanvar-avqust ayında Qazaxıstan-Azərbaycan arasında ticarət dövriyyəsi 369 milyon dollar olub”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, indiyə qədər Azərbaycan Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar sərmayə qoyub. 

“Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərdir. Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib, bu gün də Qarabağdakı yenidənqurmaya töhfə verir. Bu, qardaşlığın nümunəsidir”,- deyə Pərviz Şahbazov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO