Böyük Britaniyada daha bir nazir istefa verdi

Böyük Britaniyada daha bir nazir istefa verdi

Hazırda oxunan: Böyük Britaniyada daha bir nazir istefa verdi

101109

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlaması ilə Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib.

Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər.

Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO