Volqoqradda radiatorlar zavodunda partlayış – 1 ölü, 1 yaralı var

Volqoqradda radiatorlar zavodunda partlayış – 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Volqoqradda radiatorlar zavodunda partlayış – 1 ölü, 1 yaralı var

101104

Bu gün günortadan sonra Rusiyanın Volqoqradın Krasnoarmeysk rayonunda sənaye müəssisəsində partlayış baş verib.

Bizim.Media V1.ru saytına istinadən xəbər verir ki, partlayış “Forte Metals GmbH” zavodunun qızdırıcı radiatorlarının istehsalı sexində baş verib.

Nəşrin mənbəsi qaynaq işləri zamanı “havada olan alüminium tozunun partladığını” bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 40 kvadratmetr sahədə “alüminium tozunun alışması” baş verib.

54 yaşlı kişinin öldüyü bildirilir, yanıq xəsarətləri alan 26 yaşlı zərərçəkənin xəstəxanaya yerləşdirildiyi barədə də məlumat var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO