Aİ-dən İrana XƏBƏRDARLIQ – “Rusiyanı silahla təmin etmək beynəlxalq hüquqa ziddir”

Aİ-dən İrana XƏBƏRDARLIQ – “Rusiyanı silahla təmin etmək beynəlxalq hüquqa ziddir”

Hazırda oxunan: Aİ-dən İrana XƏBƏRDARLIQ – “Rusiyanı silahla təmin etmək beynəlxalq hüquqa ziddir”

100932

Avropa İttifaqı (Aİ) İran hökumətinə Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah, o cümlədən pilotsuz uçuş aparatları (PUA) tədarükünün yolverilməzliyi barədə xəbərdarlıq edib. 

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Aİ spikeri Piter Stanon oktyabrın 24-də Brüsseldə ittifaqın brifinqindəki çıxışı zamanı bildirib. 

P.Stanonun sözlərinə görə, Aİ Rusiyaya hər hansı silahın, o cümlədən pilotsuz uçuş aparatlarının tədarükü faktları ilə bağlı aydın mövqeyini təsdiqləyib:

“Hər hansı üçüncü ölkənin Rusiyanı silahla, istər PUA olsun, istərsə də raketlərlə təchiz etməsi faktı beynəlxalq humanitar hüquqa ziddir. Rusiya bu silahı mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı istifadə edir, bu da beynəlxalq hüquqa görə müharibə cinayətidir”. 
Bildirilib ki, İranın xarici işlər nazirinə telefon danışığı zamanı xəbərdarlıqla bağlı məlumat verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO