Ukrayna taxılı Avropa birjalarına daşınır – Məqsəd NƏDİR? 

Ukrayna taxılı Avropa birjalarına daşınır – Məqsəd NƏDİR? 

Hazırda oxunan: Ukrayna taxılı Avropa birjalarına daşınır – Məqsəd NƏDİR? 

100814

"Taxıl dəhlizi" vasitəsilə Ukraynadan 304 gəmi ilə 6 milyon 900 min ton taxıl daşınıb. Hələlik heç bir neqativ hal yoxdur və "Taxıl Dəhlizi" işlərini davam etdirir. 

“Taxıl dəhlizi”ndən daşınan Ukrayna taxılının 63%-i Avropa ölkələrinə çatıb. Daşınan 7,5 milyon ton taxılın yalnız 5,6%-i inkişaf etməmiş ölkələrə gedib. Məlumata əsasən, taxılın 24%-i Asiya, 13%-i isə Afrika ölkələrinə daşınıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi məlumat verib.

Məlumatdan belə anlaşılır ki, Ukrayna taxılı əsasən Avropaya daşınır. Bəs, reallıq necədir? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya danışarkən bildirdi ki, BMT-nin birbaşa iştirakı ilə Rusiyayla Türkiyə arasında imzalanan taxıl anlaşması dünyada ərzaq qiymətlərinin tənzimlənməsində, hətta ucuzlaşmasında mühüm rol oynadı:

“Hazırda bəzi iddialar ondan ibarətdir ki, taxıl anlaşması daha çox Avropanın xeyrinə oldu. Amma burda önəmli və incə bir məqam var.

Taxılla bağlı ticarət aparan bir çox ölkələr Avropada yerləşən taxıl birjaları vasitəsi ilə müqavilələr bağlayırlar. Ona görə də taxılın ilk növbədə Avropaya çatdırılması və bundan sonra dünya ölkələrinə paylanması normaldır.

Burda qeyri-qanuni və Taxıl Anlaşmasını pozacaq heç bir hal yoxdur. Bunu Türkiyə prezidenti də bəyan elədi ki, Taxıl Anlaşmasının uzadılması üçün heç bir maneə yoxdur. Ümid eliyək ki, belə də olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO