Daha bir məşhur rəsm əsəri hücuma məruz qalıb - VİDEO 

Daha bir məşhur rəsm əsəri hücuma məruz qalıb - VİDEO 

Hazırda oxunan: Daha bir məşhur rəsm əsəri hücuma məruz qalıb - VİDEO 

100801

İki ekofəal Almaniyanın Potsdam şəhərindəki Barberini muzeyində Klod Monetin “Ot tayaları” əsəri üzərinə kartof püresi atıblar. 

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, onlar özlərini “Letzte Generation” ekoloji qrupunun üzvləri kimi təqdim ediblər. 

Vandallar artıq saxlanılıb və əmlaka ziyan vurmaqda ittiham olunublar. 

Qrupun sosial şəbəkələrdə “Hansı vacibdir: Sənət, yoxsa həyat?” sualı ilə aksiya keçirdiyi bildirilib. 

110.7 milyon dollarlıq tablo şüşə ilə qorunduğundan ona ziyan dəyməyib. 

Qeyd edək ki, ekofəallar 14 oktyabrda Van Qoqun “Günəbaxanlar” tablosu üzərinə pomidor şorbası atmışdı. 84 milyon dollar qiyməti olan əsər üzərində qoruyucu olması səbəbilə zədələnməmişdi.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO