Alman milyarderin olduğu təyyarənin qalıqları tapıldı - FOTO

Alman milyarderin olduğu təyyarənin qalıqları tapıldı - FOTO

Hazırda oxunan: Alman milyarderin olduğu təyyarənin qalıqları tapıldı - FOTO

100734

Bir gün əvvəl Kosta-Rika sahillərində itən şəxsi təyyarə ilə bağlı aparılan axtarış-xilasetmə tədbirləri zamanı iki nəfərin cəsədi tapılıb. Onların kimliyi açıqlanmır.

Ölənlər arasında bir uşaq da var.

Bizim.Media xəbər verir ki, bu barədə “El Observador” nəşri İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatına istinadən yazır.

Xilasedicilərin təyyarənin qalıqlarını tapdığı da bildirilir.

Xatırladaq ki, dünən Kosta-Rika sahillərində göyərtəsində beş Almaniya vətəndaşının olduğu şəxsi təyyarənin itdiyi məlum olub.

Almaniyanın “Bild am Sonntag” qəzetinin yazdığı kimi, laynerdə Almaniyanın ən böyük fitnes klubları şəbəkəsinin yaradıcısı Rayner Şaller, onun sevgilisi Kristian Şikorski, onların uşaqları Aron və Finya, həmçinin başqa bir alman Markus Kurrek də olub. Təyyarə Meksikadan Limon hava limanına uçurmuş.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO