Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım əməliyyat olundu

Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım əməliyyat olundu

Hazırda oxunan: Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım əməliyyat olundu

100630

Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanada əməliyyat olunub. 

Bizim.Media "NTV"yə istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhəti hazırda yaxşıdır. Nazir həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım Zəngilanda qəzaya düşüb


Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb.

Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO