“Qarabağda Azərbaycan irsinin ermənilər tərəfindən dağıdılmasının şahidi oldum” – İtaliyalı tədqiqatçı 

“Qarabağda Azərbaycan irsinin ermənilər tərəfindən dağıdılmasının şahidi oldum” – İtaliyalı tədqiqatçı 

Hazırda oxunan: “Qarabağda Azərbaycan irsinin ermənilər tərəfindən dağıdılmasının şahidi oldum” – İtaliyalı tədqiqatçı 

100549

“Azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində barbarcasına dağıdıldığının şahidi oldum”.

Bizim.Media xəbər verir ki, bu sözləri Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli oktyabrın 21-də Parisdə, UNESCO-nun baş qərargahında “Maddi mədəni irsin aşkarlanması və qorunmasında regional əməkdaşlıqın rolu” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

İtaliyalı tədqiqatçı həmçinin Azərbaycanın Qarabağda bütün, o cümlədən xristian irsini həssalıqla mühafizə etdiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr edilmiş tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilmiş və Gürcüstan Milli Muzeyində (GMM) saxlanılan “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabı Qarabağ xanlığının zəngin mədəni irsinə aid nadir eksponatları ehtiva edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO