“Danışıqlardan asılı olmayaraq Ukraynanın suverenliyini DƏSTƏKLƏYƏCƏYİK” – ABŞ-dan TƏMİNAT 

“Danışıqlardan asılı olmayaraq Ukraynanın suverenliyini DƏSTƏKLƏYƏCƏYİK” – ABŞ-dan TƏMİNAT 

Hazırda oxunan: “Danışıqlardan asılı olmayaraq Ukraynanın suverenliyini DƏSTƏKLƏYƏCƏYİK” – ABŞ-dan TƏMİNAT 

100546

Ukrayna müdafiə naziri Oleksiy Reznikov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Reznikov "Twitter"də bildirib.

Müdafiə naziri Reznikovun sözlərinə görə, telefon söhbəti zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması və təhlükəsizlik vəziyyəti müzakirə ediblər.

"ABŞ Rusiyanın bizim mülki və enerji infrastrukturumuza endirdiyi zərbələri pisləyir. ABŞ müdafiə naziri əmin edib ki, kimin kiminlə danışıqlar aparmasından asılı olmayaraq: ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır", - Reznikov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO