Çindən vətəndaşlarına ÇAĞIRIŞ -

Çindən vətəndaşlarına ÇAĞIRIŞ - "Ukraynanı tərk edin"

Hazırda oxunan: Çindən vətəndaşlarına ÇAĞIRIŞ - "Ukraynanı tərk edin"

100282

Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyuy ölkə vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.

Bizim.Media “Global Times”a istinadən xəbər verir ki, nazir müavini bu çağırışı Çin Kommunist Partiyasının 20-ci qurultayı çərçivəsində keçirilmiş mətbuat konfransı zamanı edib.

“Ukraynada təhlükəsizlik sahəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, Çinin bu ölkədəki diplomatik nümayəndəlikləri Çin vətəndaşlarının təxliyəsinə hazırlaşır” – qeyd olunub.

Xatırladaq ki, bundan öncə İtaliya hökuməti də analoji bəyanatla çıxış edərək vətəndaşlarını Ukraynanı tərk etməyə çağırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO