Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü

Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü

Hazırda oxunan: Tovuzda 18 yaşlı ana doğuşdan sonra öldü

99915

Tovuzda doğuşdan 19 gün sonra ana ölümü baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ötən ayın 28-də Tovuzun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün daxil olub. Oğlan uşağı dünyaya gətirdikdən sonra ananın vəziyyəti ağırlaşıb və o, Bakıya aparılıb.

Bir neçə gün sonra vəziyyəti normallaşan ana yaşadığı evə buraxılıb. Lakin ötən gün qadının halı yenidən pisləşib. 18 yaşlı ana ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO