Nobel mükafatçısı azərbaycanlı jurnalistə danışdı: 
 “İnanmırdım...”x9d

Nobel mükafatçısı azərbaycanlı jurnalistə danışdı: “İnanmırdım...”x9d

Hazırda oxunan: Nobel mükafatçısı azərbaycanlı jurnalistə danışdı: “İnanmırdım...”x9d

99844
“Sözün düzü, gözləmirdim. İki il idi ki, iddialılar arasında adım keçirdi. Bu il də qalib gələcəyimə inanmırdım. Hər halda, mükafatı aldım. Bir daha deyirəm ki, xa0mənim üçün çox gözlənilməz oldu”x9d.xa0
Bu sözləri Lent.az-a açıqlamasında ədəbiyyat üzrə son Nobel mükafatçısı Svetlana Aleksieviç bildirib.

Lent.az-ın sualını köməkçisi vasitəsi ilə cavablandıran xanım Aleksieviçin dediyinə görə, dünəndən onun və meneceri Qalinanın elektron ünvanına minlərlə məktub gəlib. “Mən imkan tapıb o məktubları belə cavablandıra bilməmişəm. Hazırda Nemiqadakı (Minskin mərkəzində küçə) evimdəyəm. İsveç telekanalına müsahibə verməyə hazırlaşıram. Hələ onlarla jurnalist də növbə gözləyir. Axşam isə Berlinə uçacam, sabah orada mətbuat konfransı keçirəcəm. Hələlik deyəcəklərim bu qədər”x9d - deyə Svetlana Aleksieviç bildirib.

Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə doğulub. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. İtaliya, Fransa və Almaniyada yaşayıb. On il sürgündə olan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb.

Svetlana Aleksieviç “Müharibə qadın üzlü deyil”x9d, “Sink oğlanlar”x9d, “Ölümlə ovsunlanmışlar”x9d, “Çernobl uşaqları”x9d, “Sekond-hənd zamanı”x9d və başqa əsərlərin müəllifidir.

67 yaşıl belarus yazıçı Svetlana Aleksieviç bir çox beynəlxalq mükafatın sahibidir.xa0

2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.xa0

Aleksieviç bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO