Bu gün açıq havada mobil telefondan az istifadə edin - XƏBƏRDARLIQ

Bu gün açıq havada mobil telefondan az istifadə edin - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu gün açıq havada mobil telefondan az istifadə edin - XƏBƏRDARLIQ

99834

Bu gün ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yayılan məlumatda diqqət çəkən məqam odur ki, yağıntılar şimçək çaxması ilə müşahidə olunacaq.

Şimşək çaxması isə insanların həyatı üçün ciddi təhlükə yaradır. Beləki, ildırım çaxarkən açıq havada mobil telefonla danışmaq qətiyyən olmaz.
Mütəxəssislərin rəyinə görə ildırımvurmadan qorunmaq üçün hətta elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək lazımdır.

Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO