"Forbes”x9d jurnalının milyarderlər siyahısına saldığı biznesmen, “Palmali”x9d şirkətlər qrupunun sahibi və prezidenti, “Xəzər Lənkəran”x9d futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov...
Mübariz Mənsimov kimdir?
9 uşaqlı, kasıb ailənin yetirməsi olan Mübariz Mənsimov 1968-ci il mart ayının 22-də Masallı rayonunun Miyankü kəndində anadan olub. Atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olan Mübariz üç il ərzində kəşfiyyat sahəsinin incəliklərini öyrənib. 1985-ci ildə Almaniyaya göndərilən M.Mənsimov nə az, nə çox, düz dörd il sonra öz arzusu ilə hərbidən təxris olunur. Erməni generalla davaya çıxan Mübarizin dedikləri: “Məhz o erməninin üzündən hərbi sahədən uzaqlaşdım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram”x9d.
Bu bir şans idi: “Ya azad ol, ya tamam yan”x9d ...
Hərbi karyerası bitdikdən sonra həyatın “qara üzü”x9dnü görən Mübariz aşpazlıqla məşğul olur. İki ilə yaxın aşpaz kimi fəaliyyət göstərir. Başa düşür ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Aşpaz olmaq, bu arzu yox, məcburiyyət idi. Beləcə Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.
Onun xatirələrindən: “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”x9d.
O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü “Palmali”x9d Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan “Palmali”x9dnin sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimovun bir neçə il öncə Türkiyə vətəndaşlığını qəbul etdiyi deyilir. “Beşiktaş”x9da olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq “Palmali”x9dnin rəhbəri bunu təkzib etmişdi.
25 ofis, 30 min işçi...
Xatırladaq ki, “Palmali”x9d Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda ”“ ümumilikdə 25 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
“Palmali”x9d 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”x9dnin ən böyük müştərisi dünyaca məşhur olan “BP”x9d şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 70-ə çatır. Onun 99 faizinə sahib olduğu “Palmali”x9d Şirkətlər Qrupunun dənizçilik şirkəti 6 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. “Palmali”x9dnin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.
Azərbaycanlı iş adamı indi inşaat sahəsindəki təcrübəsini Türkiyəyə daşımağa hazırlaşır. “Gazeteport”x9d saytının yazdığına görə, Mübariz Mənsimov iqamətgahlar və xəstəxana proyektlərinə girişəcəyini də açıqlayıb. Onun proyektləri arasında Türkiyədə ediləcək iqamətgah inşaatlarının yanında Aralıq dənizində tikilməsi planlaşdırılan bir kottec tipli otel layihəsi də var.
Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali”x9d bir müddət əvvəl “Tekfen inşaat”x9dın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında “Palmali”x9d və “SOCAR”x9d ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”x9da 37 milyard dollarlıq iş verəcək.
Media sahibkarı
Mübariz Mənsimov “PalMedia”x9d adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə “Pal FM”x9d radiosu və “Palhaber”x9d adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 500 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 25 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.
Onu da deyək ki, Mübariz Mənsimov Azərbaycanda futbolun inkişafına da maraq göstərir və artıq neçə illərdir ki, “Xəzər Lənkəran”x9d futbol klubuna sponsorluq edir. Onun Lənkəranda inşa etdiyi “Palsüd”x9d şirkəti isə ölkə südçülük bazarında önəmli paylardan birinə sahibdir.
Bax beləcə... Bu da sadə bir azərbaycanlı gəncin həyat hekayəsi...
Görəsən kasıb əyalət ailəsinin övladı olan Mübariz nə vaxtsa, düşünərdimi ki, dünyanı fəth edəcək, adı ali tirbunalarda çəkiləcək? Necə ki, Eynşteyn deyir: “Sən mənə istinad nöqtəsini göstər, mən sənin üçün yer kürəsini fırladım”x9d.(aktual.az)


































































































