Polis Yevlaxda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

Polis Yevlaxda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Yevlaxda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

99821

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb.

Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO