“Azəriqaz” rəhbəri abonentlərlə \

“Azəriqaz” rəhbəri abonentlərlə \"Facebook\"da görüşəcək

Hazırda oxunan: “Azəriqaz” rəhbəri abonentlərlə \"Facebook\"da görüşəcək

9974

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev abonentlərlə sosial şəbəkə üzərindən növbəti canlı bağlantı edəcək.

Bizim.Media-ya bu barədə “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır.

Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır.

Məlumata görə, abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir.

Qeyd edək ki,Baş direktor Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsi üzərindən növbəti canlı yayımı yanvarın 29-da saat 14:00-da planlaşdırılır.

Bu görüşlərin hər həftənin cümə günü təşkili nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO