Naftalan meşələri niyə MƏHV OLUR? – FOTO

Naftalan meşələri niyə MƏHV OLUR? – FOTO

Hazırda oxunan: Naftalan meşələri niyə MƏHV OLUR? – FOTO

99721

Naftalanda hektarlarla şam ağacı meşələri quruyur. Rayon sakinlərinin bildirdiyinə görə artıq heç bir əlac etmək mümkün deyil. Hətta belə bir versiya irəli sürülüb ki, Vətən Müharibəsi zamanı atılan kimyəvi silahlar bu ağacları məhv edir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbut katibi İradə İbrahimova Bizim.Media-ya açıqlamasında ümumilikdə ölkədə bu problemin mövcud olduğunu və bu günlərdə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tədbir keçirildyini bildirib. 

“Həmin tədbirdə şam ağaclarının kütləvi qurumasına səbəb olan amillərin, həmin hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub. Mütəxəssislərin dediyinə görə dünya ölkələrində şam ağaclarında müşahidə edilən həmin proses 30 ildən çoxdur davam edir. Lakin proses Qafqaz bölgəsində 3 il əvvəl qeydə alınıb və hazırda respublika ərazisində həmin xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır”.

Qurumdan qeyd edilib ki, əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və   Kənd Təsərrüfatı nazirlikləri, AQTA, Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də  Yaşıllaşdırma İdarəsinin mütəxəssislərindən ibarət işçi qrup yaradılıb:
“İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlər onların bioloji inkişafdan qalmasına səbəb olub. Xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Belə hal Gürcüstanda da baş verib.

Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür.

Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağac - 67 ədəd şam və 2 ədəd sərv ağacı digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə, hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib”.

Qurum rəsmisinin sözlərinə görə Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan, Naftalan, Mingəçevir və digər şəhərlərdə də şam ağaclarının bir sıra növlərinin quruması hallarının qarşısını almaq məqsədilə xüsusi mübarizə metodları hazırlanıb və düzgün elmi yanaşma nəticəsində problemin qarşısının alınması mümkün olacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO