Azərbaycanda orta aylıq əmək haqqının artması ilə bağlı AÇIQLAMA  

Azərbaycanda orta aylıq əmək haqqının artması ilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Azərbaycanda orta aylıq əmək haqqının artması ilə bağlı AÇIQLAMA  

99667

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 
Məlumatda qeyd olunur ki, hesabat dövründə neft-qaz sektorunda orta maaş 3 486 manat, qeyri-neft-qaz sektorunda isə 778 manat olub. 

Dövlət müəssisələrində çalışanlar orta hesabla 780 manat, özəl müəssisələrdə çalışanlar isə 885 manat maaş alıb. 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO