Bakıda yeni avtomobil bazarı tikilir - VİDEO

Bakıda yeni avtomobil bazarı tikilir - VİDEO

Hazırda oxunan: Bakıda yeni avtomobil bazarı tikilir - VİDEO

99661

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir. 

Bizim.Media xəbər verir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilən bazarın hazırda 4 hektarlıq ərazisində işlər yekunlaşıb. 

Asfalt vurulub, avtomobillərin sıra ilə dayanması üçün cizgi xətləri çəkilib. Bazarın nümayəndəsi Kəmaləddin Qədim deyir ki, burada satış həm açıq havada, həm də qapalı şəraitdə həyata keçiriləcək. 

Alqı-satqıya cəlb edilən avtomobillərin vaxt itirmədən diaqnostika edilməsi üçün bokslar olacaq. Hazırda həmin təmir sexlərinin tikintisi aparılır. 

Bazarın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. 

Ətraflı “Xəzər” TV-nin süjetində:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO