Zaqatalada şəhid Elvin Məmmədovun xatirəsi anıldı

Zaqatalada şəhid Elvin Məmmədovun xatirəsi anıldı

Hazırda oxunan: Zaqatalada şəhid Elvin Məmmədovun xatirəsi anıldı

99573

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Zaqatala rayonunun igid oğullarından biri - Elvin Məmmədovun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Elvin Məmmədovun keçdiyi şərəfli döyüş yolundan söz açılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Elvin Məmmədov 1992-ci ilin oktyabrında Zaqatala şəhərində anadan olub. Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan Elvin 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO