Bakıya gələn su kəmərində QƏZA - Magistral yolu su basdı – FOTO/VİDEO

Bakıya gələn su kəmərində QƏZA - Magistral yolu su basdı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıya gələn su kəmərində QƏZA - Magistral yolu su basdı – FOTO/VİDEO

99385

Bakıda magistral su kəmərində qəza baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.  

Nəticədə Lökbatan qəsəbəsindən keçən avtomobil yolunu su basıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda yolu su basdı, hərəkət çətinləşdi - VİDEO 


"Azərsu"Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, gecə saatlarında ərazidən keçən 1200 mm diametrlik Kür-Bakı su xəttində qəza baş verib:  

"Hadisə gecə saatlarında baş verib. Nəticədə su Bakı-Qazax yoluna çıxıb. Məlumat daxil olan kimi su xətti bağlanılıb, əraziyə qəza xidməti göndərilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı tədbirlər görülür. "Azərsu" rəhbərliyi hadisə yerindədir. Əraziyə canlı qüvvə və xüsusi texnikalar, su nasosları cəlb edilib. Suyun yoldan kənarlaşdırılması və yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür". 

Bizim.Media
 

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO