Direktorların QORXUSU - Bəzi məktəblərdə şagirdlərə telefon gətirmək niyə qadağan edilib?

Direktorların QORXUSU - Bəzi məktəblərdə şagirdlərə telefon gətirmək niyə qadağan edilib?

Hazırda oxunan: Direktorların QORXUSU - Bəzi məktəblərdə şagirdlərə telefon gətirmək niyə qadağan edilib?

99299

Son günlər Bakının bir sıra orta məktəblərində şagirdlərin dəstə telefon gətirmələrinə qadağa qoyullduğu bildirilir. Halbuki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə dəfələrlə verdiyi açıqlamalarda göstərilir ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Nadir İsrafilov məktəbə telefon gətirilməsinin düzgün olmadığı qənaətindədir:
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə şagirdlərə telefon qadağası qoyulub - SƏBƏB


“Bu məsələ ilə bağlı birmənalı münasibət yoxdur. İstər ekspert, mütəxəssis, istərsə də valideny səviyyəsində müxtəlif yanaşmalar var. Bir qrup hesab edir ki, telefon xüsusi mülkiyyət olduğundan toxunulmazdır, həm də telefon valideynlə uşaq arasında əlaqə vasitəsidir.

Digərləri də düşünür ki, telefonların məktəbə gətirilməsilə uşaqların fikri dərsdən yayınır. Telefonlar vasitəsilə məktəbdə çəkilən videolar məktəbin nüfuzunun aşağı salınmasına gətirib çıxarır. Digər tərəfdən, şagirdin vəzifəsi təhsil almaqdır. Telefon isə onu istər-istəməz dərsdən yayındırır. Təhsilin keyfiyyətinə təsir edən əsas səbəblərdən biri də budur”. 

N.İsrafilov çıxış yolunu dünya təcrübəsinə istinad etməkdə görür:

“Dünyanın sivil ölkələrində uşaq telefonla məktəbə daxil olanda onu təhvil verir, yalnız məktəbdən evə qayıdarkən yenidən təhvil alırlar. Azərbaycanda da artıq bir sıra məktəblərdə buna uyğun addımlar atılır”. 

Həmsöhbətimiz həmçinin, nazirliyin məsələyə konkret münasibət bildirməli olduğunu düşünür:

“Müvafiq rəsmi qurumlar məsələnin məktəbin daxili intizam qaydası ilə həll olunmasına üstünlük verir. Elm və Təhsil nazirliyi tərəfindən məsələyə konkret münasibət bildirilməsə, məktəblər ikitirəlik arasında qalmaqda davam edəcək”.    

Ekspertin fikrincə, şagirdin məktəbə telefonla gəlməsi məqsədəuyğun deyil:

“Valideyn övladı ilə əlaqə saxlamaq istəyirsə, bunun üçün uşağına ucuz adi telefon alıb versinlər. Amma məktəb şagirdlərinin əlində bir neçə minə başa gələn telefonların olduğunu görürük. Deməli, burada məsələ heç də valideynin övladı ilə əlaqə saxlamaq niyyətindən qaynaqlanmır. Şagirdin məktəbə telefon aparması məqsədəuyğun deyil. Bu hal şagirdi dərs prosesindən ayırır. Valideny uşağı barədə məlumat almaq istəyirsə, məktəb rəhbərliyi, müavinlər, sinif rəhbərlərilə əlaqə saxlaya bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO