Şəhid övladları

Şəhid övladları "Qarabağ"ın oyununu BELƏ İZLƏDİLƏR - FOTO

Hazırda oxunan: Şəhid övladları "Qarabağ"ın oyununu BELƏ İZLƏDİLƏR - FOTO

99230

Ötən gün keçirilən “Qarabağ-Olimpiakos” qarşılaşmasını izləyənlər arasında Vətən müharibəsi şəhidlərinin övladları da olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30-a yaxın şəhid övladı stadiona gələrək komandamızın mübarizəsinə öz dəstəklərini ifadə ediblər. 
Azyaşlılar stadiona giriş zamanı digər futbol azarkeşləri tərəfindən səsləndirilən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə qarşılanıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ"-"Olimpiakos" matçı BAŞLADI  


Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da qarşılaşmanı şəhid övladları ilə birlikdə izləyib. 

Qarşılaşma zamanı uşaqlardan ibarət azarkeşlər Qarabağ futbol klubuna olan dəstəklərini üç rəngli bayrağımızı dalğalandıraraq göstəriblər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO