Qubanın dağlarına qar yağıb.
Bu barədə Xınalıq kənd sakinləri Bizim.Media-ya məlumat veriblər.
Xınalıq kəndindən aydın görünən Tufandağ və Şahdağ dağ silsilələrinə qar yağıb.
Məlumata görə, havanın temperaturu son günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşüb. Qar isə hələlik dağlarda müşahidə olunur.
Qusarın Ləzə kəndindən də dağlara yağan qar aydın görünür.
Sakinlərin sözlərinə görə, qar 3751 metr hündürlükdə yerləşən H.Əliyev zirvəsinə daha çox yağıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu