Qubanın dağ kəndində alma ağacları ÇİÇƏKLƏDİ - FOTO

Qubanın dağ kəndində alma ağacları ÇİÇƏKLƏDİ - FOTO

Hazırda oxunan: Qubanın dağ kəndində alma ağacları ÇİÇƏKLƏDİ - FOTO

99115

Qubanın dağlıq Xaltan kənd sakini Babayar Yaqubovun həyətində alma ağacı çiçək açıb. 66 yaşlı ev sahibi belə halla birinci dəfə rastlaşdığını deyir. Bildirir ki, neçə illərdir bar verən alma ağacının ilk dəfədir ki, oktyabr ayında çiçək açdığını müşahidə edib.

O, bunu maraqlı təbiət hadisəsi hesab edir.

Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Quba bölməsinin aparıcı elmi mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova alma ağacının payızda çiçəkləməsini həmin ağaca yaxşı qulaq edilməsi və havanın yaxşı keçməsi ilə əlaqələndirib.

Bildirib ki, amma 2-ci çiçəkaçmadan sonra almanın meyvələri "yalançı" meyvə adlandırılır. Onların tozlanma və yetişmə mərhələsi adətən baş vermir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO