Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxslə bağlı QƏRAR VERİLDİ 

Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxslə bağlı QƏRAR VERİLDİ 

Hazırda oxunan: Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxslə bağlı QƏRAR VERİLDİ 

99007

Bakıda bir neçə nəfərə qarşı etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etməkdə təqsirləndirilən Qalib Orcəlizadə və Qumru Vəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, hər iki təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Q.Vəliyeva özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin səlahiyyətli əməkdaşı kimi təqdim edib və ayrı-ayrı şəxslərdən xeyli pul alaraq onlara pensiya və digər sosial müavinətlər düzəldə biləcəyi vədini verib.
O, vətəndaşlara əlilliklə əlaqədar təyin edilmiş pensiyanın məbləğinin artırılaraq aylıq 450 manat verilməsi, ünvanlı dövlət sosial yardım təyin etdirmək, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaq sahəsinin məhkəmə qaydasında alınması və psixi pozuntuları ilə bağlı aldığı əlilliyə görə pensiya müddətinin 5 il müddətinə artırılması imkanına malik olmasını bildirib.

Cinayət materiallarında qeyd olunub ki, Q.Orcəlizadə "iş birliyi"ndə olaraq vətəndaşlara qarşı dələduzluq edib.

Onlar ümumilikdə vətəndaşlara qarşı 30 min 970 manat ziyan vurublar.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO