Qəzaya düşən maşından 40 min dollar necə oğurlandı? - TƏFƏRRÜAT - VİDEO

Qəzaya düşən maşından 40 min dollar necə oğurlandı? - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Qəzaya düşən maşından 40 min dollar necə oğurlandı? - TƏFƏRRÜAT - VİDEO

98826

Bakıda avtomobildən 40 min dollar pul oğurlanıb. 

Bizim.Media xəbər verir ki, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb. 

Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "Kia"da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Qəza zamanı “Kia”da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov “Kia”da olan pulu görüblər.

Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman “Kia”nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər. 
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar. (Trend.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO