Putinin Davos formunda Qarabağla bağlı açıqlaması

Putinin Davos formunda Qarabağla bağlı açıqlaması

Hazırda oxunan: Putinin Davos formunda Qarabağla bağlı açıqlaması

9882

“Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.

Putin Azərbaycan və erməni xalqının Rusiyaya yaxın olduğunu deyib:  

“Biz onlara kömək etmək istəyirik. Noyabr bəyanatın böyük hissəsi reallaşdırılıb. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq".

"Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO