Hakim Ənvər Şadiyevin yalanları...

Hakim Ənvər Şadiyevin yalanları...

Hazırda oxunan: Hakim Ənvər Şadiyevin yalanları...

98817
Moderator.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov növbəti dəfə ölkənin məhkəmə sistemini kəskin şəkildə ittiham edib:

"Bu günki yazım Azərbaycanda qanunsuzluğun, haqsızlığı tüğyan etməsində əsas rol oynayan məhkəmə hakimiyyətindəki qanunsuzluqları göstərmək üçün uzun illər Ali Məhkəmənin üzvü kimi öz “fəaliyyət”x9di ilə xüsusi fərqlənən Ənvər Şadiyevin Muradxan Azadovun işi üzrə çıxardığı konkret qərara həsr olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ənvər Şadiyevin 5 yalanı:
İŞİN XÜLASƏSİ
İş üzrə iddiaçı olan Muradxan Azadov 1987-ci ilin aprelindən Rabitə Nazirliyinin Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən Yardımçı Kənd Təsərrüfatı İdarəsinin Buzovna şöbəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ dağıldıqdan sonra həmin ərazini icarəyə götürüb və 4 ədəd parnik, cücə sexi, yumurta inkubatoru sexi, yem ambarı, toyuq, qoyun tövlələri və s. iş yerləri tikdirib.
Qonşuluqda yerləşən Azərittifaqın təsərrüfat sahəsini isə əslən Fizulidən olan Nürəddin adlı şəxs idarə edirmiş. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubova yaxınlığını hər yerdə elan edən, “Mərdəkan Broyler”x9d ASC-nin rəhbəri Aydın Əhmədov qonşuluqdakı sahəni Nurəddin adlı şəxsə problemlər yaratmaqla əlindən alıb özəlləşdirir. Bir müddət sonra A.Əhmədov M.Azadova yaxınlaşır və xoşluqla həmin sahəni yarı-yarıya özəlləşdirmək təklifini verir. “Xaç atası”x9d filmindəki kimi elə təklif edilir ki, ondan imtina etmək olmur. M.Azadov gözəl bilir ki, buna qədər Bəylər Eyyubovun adından sui-istifadə edən A.Əhmədov neçə şəxsin əmlakını təmənnasız ələ keçirib, özlərinə isə problem yaradıb. 2001-ci ildə həmin dövlət əmlakı M.Azadovun və heç vaxt görmədiyi, A.Əhmədovun qohumu olan cavabdeh İlham Əhmədovun adına özəlləşdirilir. A.Əhmədovun həmin sahəyə külli miqdarda vəsait ayıracağına, geniş biznes şəbəkəsi quracağına inanan M.Azadov gecə-gündüz təsərrüfatı genişləndirməyə çalışır. Günlərin birində A.Əhmədov 7 il həmin sahədə qul həyatı keçirən M.Azadova həmin əraziyə gəlməyi qadağan edir. A.Əhmədovun gücünü və nələrə qadir olduğunu bilən M.Azadov iki oğlunun bəladan uzaq olması üçün heç bir yerə şikayət etməyib, sadəcə gözləmə mövqeyini tutur.
2013-cü ildə A.Əhmədov sahiblərinin qəzəbinə tuş gəlir və hər yerdən qovulur. M.Azadov özəlləşmənin də zor gücünə olduğuna baxmayaraq, heç olmasa sənədlə onun adına olan əmlakı öz idarəçiliyinə qaytarmaq üçün, məhkəməyə müraciət edir.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovanın sədrliyi ilə 4 aya yaxın məhkəmə araşdırması aparılır, iş üzrə ekspertiza təyin edilir, qanunda nəzərdə tutulan bütün tələblərə riayyət etməklə 12 fevral 2015-ci il tarixli Qətnaməsi ilə özəlləşdirilmiş dövlət əmlakının Texniki Pasportunda göstərilən tərəflərin birgə istifadəsində olan 72808,9 kv.metr ölçüdə torpaq sahəsini tərəflərin hər birinə 36404 kv.metr ölçüdə istifadəsinə verilməsi barədə QƏTNAMƏ qəbul edir.
AR Ali Məhkəməsi Ənvər Şadiyevin sədrliyi ilə 5 dəqiqə ərzində 3 avqust 2015-ci il tarixdə Apellyasiya məhkəməsinin qətnaməsini qanunsuz, iş materiallarında olmayan, özü tərəfindən uydurulmuş bəhanələrlə ləğv edib yeni araşdırma aparılması adı ilə Apellyasiya məhkəməsinə qaytarır.
Başa düşürəm ki, Ali Məhkəmənin qərarı ləğv olunmayıb və bu gün qanuni qüvvədədir. Ona görə gücüm ona çatır ki, Ə.Şadiyevin iş materiallarında olmayan, qətnamənin ləğvi üçün bilə-bilə yalan göstərdiyi uydurma dəlilləri Sizlər üçün sadalayım. Göstərdiklərimin düz olduğuna əmin olmaq istəyənlərə isə bildirirəm ki, Apellyasiya məhkəməsinin bu iş üzrə açıq iclası 7 oktyabr 2015-ci il tarixdə saat 16.30-da Apellyasiya məhkəməsinin binasında olacaqdır.

Hakim Ənvər Şadiyevin yalanları:

1. Ə.Şadiyev qərarda göstərir ki, özəlləşmə yalnız İlham Əhmədov tərəfindən aparılıb. İş materiallarından isə görünür ki, bütün sənədlər M.Azadovun adına olub və İ.Əhmədovun həmin sahəyə heç bir aidiyyatı olmayıb, sadəcə özəlləşmə prosesində etibarnamə əsasında M.Azadovun təmsilçisi olub. Apellyasiya məhkəməsi İ.Əhmədovun məhkəməyə gəlməsi üçün prosesi bir neçə dəfə təxirə salsa da o, məhkəməyə gəlməkdən imtina edib, çünki özü də bilir ki, bu sahəyə heç bir aidiyyatı yoxdur və heç bir suala cavab verə bilməyəcək.
2. Məhkəmə qərarında qeyd olunub ki, guya Apellyasiya məhkəməsi İlham Əhmədovun M.Azadova həmin sahənin əvəzi olaraq bir dəfə 11.800, bundan başqa hər ay mühafizəçi kimi 200, bəzən gözətçi kimi 300, 500,1000 ABŞ dollarının verilməsinin sonuncu tərəfindən etiraf edilməsinə, müəssisə payı kimi əlavə olaraq 15.000 ABŞ dolları verilməsinə hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin hakimi olan şəxsin bu qədər yalan yazması ağılabatan olmasa da bu belədir. Çünki, iş materiallarında heç bir tərəf belə bir ifadə verməyib. Məhkəmə araşdırması zamanı M.Azadov 7 il ərzində İlham adlı şəxsi görmədiyini və Aydın Əhmədov tərəfindən orada gözətçi olduğuna görə müxtəlif vaxtlarda ondan ümumilikdə 11800 ABŞ dollar aldığını (ayda təxminən 140 ABŞ dollar) və bu buradə qeyd apardığını bildirmişdir. Qarşı tərəf isə məbləğin 13.000 olduğunu bildirmişdir. Qalan rəqəmlər isə yalandır və Ə.Şadiyevin uydurmasıdır.
3. Bir də axı hüquqşünas olan şəxs bilməlidir ki, bu günün özündə də rəsmi sənədlərdə tərəflərin payı 50 - 50 %-dir və bu barədə nəinki alqı-satqı, heç söhbət belə olmayıb. Bu məsələni məhkəmədə tərəflər belə mübahisələndirməyiblər. Məhkəmə predmeti olmayan məsələyə necə qiymət verilə bilər?
4. Ə.Şadiyev qərarda qeyd edir ki, iddiaçı M.Azadovun torpaq sahəsinə hər hansı hüququ (icarə, mülkiyyət, istifadə və s.) yoxdur. Bu da yalandır. M. Azadov məhkəməyə müraciət etmək üçün məhz DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən bütün rəsmi sənədləri (texniki pasport, şəhadətnamə məlumatları və s.) əldə etmişdir.
5. Sonuncu əsas, guya Dövlət mülkiyyəttinin sərəncamvericisi olan müvafiq icra hakimiyyəti orqanının işə cəlb olunmaması da yalandır. Əmlak Məsələləri Dövlət Komitəsi işə cəlb edilib, hətta bu orqandan bütün zəruri sənədlər sorğu edilərək götürülüb.
Yazdıqlarımın məsuliyyətini dərk edirəm və əlavə olaraq bildirirəm ki, Ənvər Şadiyev Ali Məhkəmənin ən çox qanunsuzluq edən hakimlərindəndir. Sadəcə, Ali Məhkəmənin sədri ilə yaxınlığından istifadə edərək heç bir əsas olmadan Apellyasiya Məhkəməsinin onlarla qətnaməsini müəyyən uydurma səbəblərdən ləğv edib, guya yeni baxışa qaytarmaq adı ilə insanlara zülm edir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO