Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Kürdəmir, Cəlilabad, Lerik və Qax rayonlarının ərazilərində qanunsuz ağackəsmə və meşə ərazilərinin zəbti faktları ilə bağlı araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Aparılmış araşdırmalarla Kürdəmir rayonu, Karrar kəndində dövlət mülkiyyətində olan meşə fonduna daxil olmayan torpaq sahəsində, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə meşəbəyliyinin 19 saylı meşə dolayında dövlət mülkiyyətində olan, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Gürdəsər meşəbəyliyinin 8 saylı dolayında, habelə Vizəzəmin meşəbəyliyinin 18 saylı dolayında dövlət mülkiyyətində olan meşə fonduna daxil olan torpaq sahəsində ümumilikdə 130 ədəd ağac və 95 ədəd kolun kəsilməsi, həmçinin Qax rayonu ərazisində yerləşən Qıpçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi Avtandil Babacanaşvili tərəfindən özbaşına tutulması nəticəsində ümumillikdə ekosistemə 24 min manatdan çox ziyan dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət,istifadə və icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 12.10.2022
4 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıldı
Hazırda oxunan: 4 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıldı
Hazırda oxunan: 4 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıldı
98806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.