Gəncə terrorunu törədənlər axtarışa verilib - RƏSMİ

Gəncə terrorunu törədənlər axtarışa verilib - RƏSMİ

Hazırda oxunan: Gəncə terrorunu törədənlər axtarışa verilib - RƏSMİ

98784

"Ermənilərin şəhərlərimizə atdıqları raket zərbələri nəticəsində ən çox tələfat və dağıntı Gəncədə olub". 

Bizim.Media xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. 

O bildirib ki, həmin dövrdə 3 ailə tamamilə məhv olub, 6 uşaq isə həlak olub:

“Biz bunların hamısını xatırlayırıq. Həmin dövrdə bunlara cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında irəliləyir, düşmənə layiqincə cavab verir, torpaqlarımızı işğaldan azad edirdi.

Ermənilər aciz duruma düşmüşdü. Bu səbəbdən bizim şəhərlərimizə raket zərbələri endirirdilər. Bu hadisələrlə bağlı Baş Prokurorluqda 3 cinayət işi qaldırılıb. Hadisəni törədən şəxslər müəyyən olunub. Hərbi-siyasi tapşırığı verənlər və icra edənlər isə tərəfimizdən axtarışa verilib”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO