Rəşad Mahmudovdan həmkarına CAVAB – “Bu, uzun zaman tələb edən prosedurdur”  

Rəşad Mahmudovdan həmkarına CAVAB – “Bu, uzun zaman tələb edən prosedurdur”  

Hazırda oxunan: Rəşad Mahmudovdan həmkarına CAVAB – “Bu, uzun zaman tələb edən prosedurdur”  

98711

“Son zamanlar Rusiya-Ukrayna müharibəsi fonunda dərman preparatlarının təminatında problemlər yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Post-sovet məkanında dərman istehsalçıları içərisində Ukrayna ilk sıralarda idi. Bu problemin yaranmasına səbəb olan hadisə, Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi məsələsinin o qədər də asan olmamasıdır.
Çünki bu prosedurun icrası aylarla zaman tələb edir. Aidiyyəti qurumlarla Səhiyyə komitəsi arasında təcili vəziyyətlərdə sözügedən prosedurun sadələşdirilməsi istiqamətində müvafiq addımların atılmasına ehtiyac var”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, deputat Rüfət Quliyev bu gün parlamentdə çıxışı zamanı natrium-xlorid, adrenalin və qlükoza kimi dərmanların qıtlığı səbəbindən bir çox cərrahiyyə əməliyyatlarının təxirə salındığını qeyd etmişdi.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO