Aqil Abbasdan ŞİKAYƏT -

Aqil Abbasdan ŞİKAYƏT - "Ağcabədidə artezian quyuları işləmir"

Hazırda oxunan: Aqil Abbasdan ŞİKAYƏT - "Ağcabədidə artezian quyuları işləmir"

98598

“Ağcabədidə 115 artezian quyusu işləmir, lakin onlardan cəmi 11-nin bərpasına Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən pul ayrılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas səsləndirib.

“Camaat isə bizdən, deputatdan artezian quyusu tələb edir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadə getdikdən sonra bu problemlər yaranıb. Belə problem yarananda kəndli nə edəcək? Köçüb gələcək Bakıya, çünki çörək pulu qazana bilmir. Eyni zamanda içməli su quyuları da bərbad vəiyyətdədir. Əvvəllər yaponlar gəlib, iki artezian qurmuşdu. İndi gərək Yaponiya səfirinə müraicət edim ki, gəlib problemi həll etsin, kəndlilər ev-eşiyində qalsın”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO